Şamaxıda aqrar sektorda çalışan qadınlar üçün təlim keçirilib

Şamaxıda aqrar sektorda çalışan qadınlar üçün təlim keçirilib

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi "Azercell”in sponsorluğu ilə Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə "FarmHER” layihəsinin icrasına başlayıb. Bununla bağlı Şamaxı şəhərində keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Jalə Quliyeva bildirib ki, "FarmHER" kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə onların gəlirlərini və ümumi rifahını artırmağa töhfə vermək məqsədi daşıyır. Əsas diqqət qadınların praktiki təlimlər vasitəsilə istehsal olunan məhsullarını bazara çıxarmaq, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları üzrə bacarıqlarlarının artırılmasına yönəlib.
Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamran Mahmudov, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Dilşad Nəzərli çıxış edərək, qadın sahibkarlığının inkişafı, xanımların işgüzar fəallığının daha da artırılmasının təşviqi üçün atılan addımlardan danışıb, aqrar sektorda çalışan qadınların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıblar. 
Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini, sahibkar Jalə Əmirbəyova kənd təsərrüfatı sektorunda çalışan və bu sahədə biznes fəaliyyəti göstərməyə hazırlaşan qadınlarla öz təcrübəsini bölüşüb, onlara praktiki biznes məsləhətləri verib. 
Daha sonra beynəlxalq təcrübəli təlimçi ekspert Ağaməhəmməd Alosmanov tərəfindən "Qadın qruplarının aqrobiznesə cəlb olunması” mövzusunda ilk təlim keçirilib. Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. Layihə Şamaxı rayonu və kəndlərini əhatə edir. Sonda təlim iştirakçılarına sertifikat veriləcək.















Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR