Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının iclası keçiriləcək.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
İclasda Şamaxı Astrofizika Rəsədxanasında struktur dəyişiklikləri müzakirə olunacaq.
Şöbələrdə elmi fəaliyyətlə məşğul olan əməkdaşların hər birinin hesabatı dinləniləcək.