Şamaxının icra başçısı ölkə başçısının çağırışına məhəl qoymur.
Məlumata görə, Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirir. Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.
Rayonda imarətlərinin sayını artırmaqdan gözü doymayan icra hakiminin növbəti villası Nağaraxana kəndində ucaldılacaq. A.Ağayev ictimaiyyət qarşısında özünü sakit təbiətli biri kimi təqdim etməyə çalışsa da, onun arxada hansı işlər çevirdiyi bir-bir de-şifrə olunur. Nağaraxana kənd sakinlərinin problemləri ilə maraqlanmayan, onların dərdinə şərik çıxmayan icra başçısı bu kənddə özünə villa tikdirməyə imkan tapa bilib.
Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil. Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.
Belə ki, rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib.
Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.
Kənd çamaatına özünün təhkimili təəbələri kimi baxan icra nümayəndəsi Nağaraxananın bütövlükdə işğal edib. Şikayətçilər iddia edir ki, A. Həsənov illərlə kəndin pay torpaqlarını ələ keçirib. Bu zaman A. Həsənov muxtəlif vasitələrdən istifadə edib.
Bəzi kənd sakinlərini pulla şirnikləndirib, bəzilərini isə savadsızlığından bəhrələnib. Nəticə də adi icra nümayəndəsi Nağaraxana kimi səfalı və Bakıda olan oliqarxların belə tamah saldığı bir kənddən hektarlarla belə torpaqlara sahib olub.
Bundan sonra isə həmən torpaqlar çox yüksək qiymətə imkanlı şəxslərə satılıb və bu gün əsilli köklü nağaraxanalı olan kənd sakinləri kiçik bir ərazidə əkin-biçinlə məşğul olmağa torpaq tapmayaraq fyodar qəsirlərini xatırladan villaların mühasirəsində qalıb.
TİA.AZ xəbər verir ki, əgər Şamaxı rayon Dövlət Notariat Kontorunda yoxlama aparılsa, Çuxuryurd, Pirqulu, Nağaraxana və s. kimi ərazilərdə satılan torpaq sahələrinin qanunsuz olaraq sənədləşdirildiyi məlum olacaq. Bu alqı-satqı heç bir hüquqi sənədə əsaslanmır.
Bundan əlavə, redaksiyamıza verilən xəbərə görə, Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var. Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur.
O da bildirilir ki, A.Ağayevin “sadə” həyat tərzi özünə mühafizəçi işə götürməklə diqqət çəkir. Məlumatda deyilir ki, bundan əvvəl də şəxsi aşpazına dövlət nömrəni nişanlı atomobil və icra hakimiyyətində komendant vəzifəsi verən icra başçısı özünü Şamaxanın padşahı kimi hiss edir.
Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb. Çünki Şamaxıda boş torpaq saxlamayan və villalarının sayını artıran icra başçısı olduqca “təvazökar” özünü aparır, “sadə” həyat yaşayır.
Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında da yeni istirahət obyektləri tikiblər.
İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır. Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdikdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər.
Asif Ağayev Şamaxıya icra başçısı təyinatı aldıqdan onların ata-baba torpaqları satışa çıxarıb. Yaxın dostu olan və əvvəllər İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib. Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dostu Qasım Qasımov nəzarət edir.
Məlumatda bildirilir ki, məhz Qasım Qasımov Şamaxı şəhərini abadlaşdırılması və yollarının təmir edilməsi üçün paytaxtdakı tanıdığı bir neçə şirkətlə anlaşaraq anlaşaraq, bu işlərin görülməsi üçün keçirilən tenderləri həmin şirkətlərə verib.
Bundan başqa Şamaxının mərkəzi küçələrindəki səkilərin örtüklənməsi və rayon kəndlərindəki məktəblərin dam örtüyünün dəyişdirilməsi əməliyyatında iştirak edən bu şirkətlərin Qasım Qasımova bağlı olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir tikinti abadlıq işlərində iştirak edən şirkətlərdən “öz faizini” artıqlaması ilə alır.