Salyanda intihara cəhd hadisəsi baş verib.
Aktual.az "report”a istinadən xəbər verir ki, Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, 13A ünvanında yaşayan 57 yaşlı Təranə Əlövsət qızı Quliyeva hər iki qolunu kəsərək özünə qəsd etmək istəyib.
Qollarının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 373 dəfə oxunub.