Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub.
Report-un məlumatına görə, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib. Belə ki, yeni motosiklə “VAZ-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb. Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib. Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir. 300 kiloqrama yaxın ağırlığı olan yeni motosikl 2 tona yaxın yük götürmək qabiliyyətinə malıkdir. O, “VAZ-2106” markalı avtomobil kimi saatda 180 kilometr məsafəni qət edə bilir.
// Aktual.az