Salyanda sağ qalan yeganə üçəmdən XƏBƏR VAR

Salyanda sağ qalan yeganə üçəmdən   XƏBƏR VAR

Salyan Rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağırdı.

Aktual.az bildirir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
O bildirib ki, dörd günlük körpənin müalicəsi davam edir: "Körpənin vəziyyətində pisləşmə yoxdur, əksinə stabilləşmə var. Amma müalicə uzun müddət davam etməlidi. Körpənin yaxşılaşması üçün azı 10 həftə vaxt lazımdır".
N.Quliyevin sözlərinə görə, müalicə Səhiyyə Nazirliyinin rəhbərliyini nəzarəti altında ən yüksək səviyyədə davam etdirilir.

Qeyd edək ki, iyunun 20-də Salyan Rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR