Salyan şəhərində zəhərlənmə hadisəsi baş verib.
Aktual.az “Report”a xəbər verir ki, hadisə Salyan şəhəri, Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə bina 28, mənzil 28-də yaşayan 31 yaşlı Şəbnəm Samid qızı Cəfərova bilmədən dozadan artıq dərman içib. Nəticədə dərmandan zəhərlənən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona tibbi yardım göstərilib.