Salyan rayonunda iki gənc bıçaqlanıb.
Aktual.az report-a istinadn xəbər verir ki, hadisə H.Əliyev prospektində baş verib.
Belə ki, naməlum şəxs Salyan şəhər Ş.Hüseynzadə küçəsinin sakinləri - 1998-ci il təvəllüdlü Nurməmməd Telman oğlu Cəfərova 7, 1996-cı il təvəllüdlü Toğrul İlham oğlu Abdullayevə 4 bıçaq zərbəsi vuraraq qaçıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, hər iki gənc əməliyyat olunub: "Əməliyyat olunan gənclər Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağırdır".
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 617 dəfə oxunub.