Salyan rayonu Yuxarı Noxudlu kəndində məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlunun anası mətbuata müraciət edib.
"Martın 10-da həyat yoldaşım Novruzov İsa Sevindik oğlu dünyasını dəyişib. Həmin gündən etibarən kənd sakinlərinin, o cümlədən icra nümayəndəsi Kamran Səmədovun, kənd sakini Məmmədov Vüqar Sərxoş oğlunun, Səfərov Rəşadın təzyiqlərinə məruz qalmışıq. Məmmədov Vüqar dünən qapımıza gəlib oğlumu hədələyərək, bildirdi ki, atanı mən öldürmüşəm, səni də öldürəcəyəm. Bizim 23 ildir məskunlaşdığımız yeri, 16 il əkib becərdiyimiz torpağı əlimizdən almaq istəyirlər. Hazırda oğlumun vəziyyəti ağırdır. Üstünə bir neçə dəfə təcili yardım çağırmışıq. Vəziyyəti getdikcə ağırlaşır. Ölkə rəhbərliyindən, aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm, bizə kömək etsinlər. Neçə gündür evimizdən çıxa bilmirik, ərzaqımızı Bakıdan qızımgil, digər qohumlar alıb gətirirlər". //Ölkə.Az
Mövzunu diqqətdə saxlayacağıq.