Salyanda avtomobil velosipedçini vuraraq öldürüb

Salyanda avtomobil velosipedçini vuraraq öldürüb

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az-ın Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Bəhruz Ələsgər oğlu velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR