Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 636 dəfə oxunub.