Salyanda bıçaqlanma hadisəsi baş verib.
Aktual.az Reporta istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Kənan Əlövsət oğlu Səfərov mübahisə zəminində həmkəndlisi Tural adlı şəxs tərəfindən bıçaqlanıb. Döş qəfəsidən ağır yara alan Kənan Səfərov yaxınları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.
Aktual.az