Salyanda 2 nəfər BIÇAQLANDI

Salyanda 2 nəfər BIÇAQLANDI

Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Aktual.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov bildirib.
Onun sözlrəinə görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb:
"Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib”.
N.Cavadov faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıldığını qeyd edib.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR