Salyan rayonunda bıçaqlanma olub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədov Nicat Zaman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, N.Məmmədov bel və sol bud nahiyəsindən bıçaq yarası alıb, vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.