Salyanda 1 yaşlı körpə yandı

Salyanda 1 yaşlı körpə yandı

Salyanın Xalac kəndində qaynar suyun uşağın üstünə dağılması nəticəsində körpə yanıq xəsarətləri alıb.

Aktual.az  report-a istinadən bildirir ki, 1 yaşlı Eşqin Əzizağa oğlu Hüseynov nəzarətsiz qaldığından çaydandakı qaynar suyu üstünə aşırdıb.
Nəticədə uşaq çənə və boyunun ön hissəsindən 1, 2, və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb. Körpə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR