Salyan və Şəki sakinlərindən silah götürülüb

Salyan və Şəki sakinlərindən silah götürülüb

Salyan və Şəki sakinlərindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan "İJ-K" markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR