Sağlamlığına ziyan dəyən zəvvarlara yardım ediləcək - 2 min manat

Sağlamlığına ziyan dəyən zəvvarlara yardım ediləcək   - 2 min manat

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlardan səhhətində ciddi problemlər yaranan və ya ağır xəsarət alanlara maddi yardım göstəriləcək. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, idarə ilə zəvvarlar arasında imzalanan müqavilənin 4.6-cı bəndində göstərilib ki, ziyarət zamanı sağlamlığna ciddi ziyan dəyənzəvvara təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı (QMİ) tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 (iki) aydan çox olmamaq şərti ilə 2000 manat maddi yardım veriləcək.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR