Sağlam ayaq kəsən həkimlə bağlı QƏRAR VERİLDİ

Sağlam ayaq kəsən həkimlə bağlı   QƏRAR VERİLDİ

Xəstənin ayağını səhv kəsən cərrah həkim Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb.

Aktual.az lent.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: "Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm".

Qeyd edək ki, Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Əliyevanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib.

Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR