Tanınmış rus şairi Vladimir Mayakovskinin şeirlər kitabı hərracda 600 min rubla (13 min manat) satılıb.
Aktual.az report-a istinadən bildirir ki, auksiona şairin 1929-cu ildə çapdan çıxmış kitabı çıxarılıb.
İlkin qiyməti 130 min rubl olan kitabı əldə etmək istəyənlərin arasında gedən rəqabət nəticəsində 600 min rubla satılıb.
Bundan başqa, hərracda Boris Pasternakın 1926-cı ildə nəşr edilən "Karusel" kitabı 300 min rubla, Korney Çukovskinin "Telefon" kitabı isə 140 min rubla satılıb.