Şahzadənin şəkillərinin çəkilməsilə bağlı mətbuata - Açıq məktub

Şahzadənin şəkillərinin çəkilməsilə bağlı mətbuata -   Açıq məktub
  • DÜNYA

Böyük Britaniyanın kral ailəsi kiçik şahzadə Corcun şəkillərinin icazəsiz çəkilməsinin qarşısını almaq üçün mediaya müraciət edib. 

Aktual.az aznews.az-a istinadən xəbər verir ki, Bukinhem sarayından mediaya ünvanlanan açıq məktubda “həddin aşıldığı” qeyd edilib. 

Məktubda deyilir ki, iki yaşlı şahzadənin özəl həyatının pozulması son vaxtlar artıb. Jurnalistlərin şəkil çəkmək üçün taktikaları isə daha acınacaqlıdır.

Məktubda göstərilir ki, Almaniya, Fransa, Avstraliya, Yeni Zellandiya və ABŞ KİV-ləri başda olmaqla bəzi mətbuat nümayəndələri II Yelizavetanın nəvəsinin şəkillərini icazəsiz dərc ediblər. Eyni zamanda əksər ingilis nəşrləri şəkilləri dərc etməkdən imtina ediblər. 

Xatırladaq ki, şahzadə Corc şahzadə Uilyam və hersoqinya Keytin ilk övladlarıdır. O, Britaniya taxt-tacının üçüncü pillədə qərarlaşan varisidir. 

 
Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR