Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.

Aktual.az "Report"a istinadən bildirir ki, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.


Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.

Aktual.az
Xəbər 1923 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR