Şahmatçılarımız ilk masalarda

Şahmatçılarımız ilk masalarda
  • İDMAN

Dünya birinciliyinin 10-cu turu arxada qaldı.

Xantı-Mansiyskdə yeniyetmələr və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının 10-cu günü bir çox iştirakçıların artıq yorulduğunu göstərdi, axı adi şahmat turniri 9 turdan ibarət olur, dünya çempionatı isə 13 turdur. İndi qələbəni təkcə şahmat hazırlığı yox, həm də fiziki davamlılıq təmin edəcək.

Oxu.Az xəbər verir ki, turnirin lideri Yan-Kşiştof Duda ilə qarşılaşan Nicat Abbasov ispan partiyasında berlin variantını seçib. O, heç-heçəyə yaxın olsa da, bir ehtiyatsız gedişlə özünü çıxılmaz vəziyyətə saldı.

Qalib gələn Duda onu təqib edənlərdən 1 xal irəli düşdü.

Mixail Antipova (Rusiya) qarşı partiyada Ülvi Bacarani böyük üstünlüyə malik idi. Lakin oyunun dördüncü saatında o, üstünlüyünü düzgün həyata keçirə bilmədi və rəqibin təhlükəli piyadasını çox uzağa buraxdı. Beləliklə, partiya heç-heçə ilə başa çatdı. Ülvi 7 xalı olan şahmatçıların qrupunda 2-5-ci yerləri bölüşür.

Misrəddin İsgəndərov Hindistandan olan S.Narayananaya qarşı mübarizə aparıb. Bu oyun da heç-heçə hesabı ilə bitib.

Qızların arasında Səbinə İbrahimova medallara iddia edirdi. 10-cu turda Səbinə ukraynalı Nataliya Buksa ilə qarşılaşdı və Marotsi sistemində müdafiə variantını seçdi. 45-ci gedişdə Səbinə bərabərliyi saxlasa da, taktiki baxımından bir sıra səhvlərə yol verdi və məğlub oldu. Bu qələbə ilə ukraynalı hesabını 8,5 xala çatdıraraq, turnir cədvəlinə başçılıq edir. Turnirin əvvəlki lideri Jansaya Abdulmalik isə rusiyalı Alina Bivola uduzub. Onun 8 xalı var.

Polşalı Mariola Voznyak ilə qarşılaşan Məmmədzadə Günay Siciliya müdafiəsində rəqibini təslim olmağa məcbur etdi.

Turnirin reytinq favoriti - İndoneziyadan olan qrossmeyster Auiliya Medina Varda fiquru düzgün qurban vermədi və Ülviyyə Fətəliyevaya məğlub oldu. Aytən Əmrayevanın macar Yulianna Terbe ilə qarşılaşması isə heç-heçə ilə başa çatdı.

/ Aktual.az

Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR