Şahmat üzrə Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir

Şahmat üzrə Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir
  • İDMAN

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiyadası çərçivəsində İngiltərə komandası üzərində 3,5-0,5 hesabı ilə qalib gəlib.


Aktual.az  Trend-ə istinadən bildirir ki, Şəhriyar Məmmədyarov Maykl Adams üzərində qələbə qazanıb, Teymur Rəcəbov və Rauf Məmmədov həmçinin rəqiblərindən güclü olublar, Arkadiy Naydiç isə heç-heçə edib.

Beləliklə 8 xalla turnirə Azərbaycan yığması başçılıq edir. Azərbaycanla bərabər Polşa, Çin, Fransa, İsrail, ABŞ, Ermənistan, Çexiya və Ukrayna yığmalarının da hesabında 8 xal var, lakin azərbaycanlı şahmatçılar əlavə göstəricilərə görə onları üstələyir.

Qeyd edək ki, bu gün Azərbaycan şahmatçıları Ermənistan komandası ilə qarşılaşacaq.

 
Aktual.az 
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR