Turnirdə 175-ə yaxın ölkənin şahmatçısı mübarizə aparacaq.
Gələn ilin sentyabrında Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olunub.
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə 175-ə yaxın ölkənin 2000-ə yaxın şahmatçısı mübarizə aparacaq.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib ki, ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. O, 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd edib.
Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Bakı Kristal Zalının binası əks olunub.
Aktual.az