Xəbər verdiyimiz kimi, rejissor Şahin Zəkizadə reanimasiyaya yerləşdirilib.
Publika.az xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə Şahinin son durumu haqqında məlumat verib: "Sabahımı heç də xoş açmadım. Şahinin vəziyyəti çox pisdir. Reanimasiyaya apardılar. Heç özündə də deyil. Allahdan ümidimi kəsmirəm. Amma hər şeyə də hazıram. Məni belə tanımır. Dua edin, Allahım bir möcüzə ver".