Şahin Mustafayev Dağıstanın baş naziri ilə görüşüb

Şahin Mustafayev Dağıstanın baş naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Dağıstanın baş naziri Abdusamad Həmidov arasında danışıq baş tutub.

Aktual.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin “APA-Economics”ə verdiyi məlumata görə, tərəflər noyabr ayının 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə edib.

"Dağıstan tərəfi bildirib ki, problem ən qısa zamanda həllini tapacaq. Bununla yanaşı, nazir Şahin Mustafayevin tapşırığına əsasən noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana səfər edəcək. Səfər çərçivəsində bu cür problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev bildirib. 

Aktual.az

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR