Sahibkarlığın inkişafında yeni mərhələ

Sahibkarlığın inkişafında yeni mərhələ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların isə cəzalandırılacağını bildirib.

Dünən Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və artıq Milli Məclis bu qanunu təsdiq edib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimuma endirəcək ki, bu da dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına təkan verəcək.

Prezidentin son fərmanı oliqarxlaşmış məmurlara, vəzifəyə xalqa xidmət yox, şəxsi məqsədlərini həyata keçirmək vasitəsi kimi baxan məmurlara böyük zərbədir. Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmayan məmurlar nəhayət anladılar ki, vəzifədə olmaq üstünlük deyil.

Ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də sahibkarların tərəfini tutdu. Onlara imkan yaratdı ki, həm özləri gəlir əldə edə bilsinlər, həm işçi heyətini saxlaya bilsinlər, həm də ölkə iqtisadiyyatının inkişafına təkan versinlər.

İnanırıq ki, bəzi sahibkarlar ölkə başçısının etimadından sui-istifadə etməyəcək, vergiləri vaxtlı-vaxtında ödəyəcək, Prezidentin qayğısını şəxsi üstünlük kimi qəbul etməyəcəklər.

Unutmayacaqlar ki, heç kim, o cümlədən onlar toxunulmaz deyillər. Özünü toxunulmaz hesab edənlərin isə aqibəti pis, özü də çox pis olur.

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR