Sahibkarların qənimi deputatlıq sevdasında - İDDİA

Sahibkarların qənimi deputatlıq sevdasında   - İDDİA

Ağdaş rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanovun deputatlığa namizədliyi rayonda birmənalı qarşılanmır.

Müstəqil.az-a verilən xəbərə görə, C.Osmanov özünü artıq deputat kimi hiss etdirir. Ona yaxın olan adamlara xüsusi göstəriş verilib ki, DSK-nın dislokasiya olunduğu ərazilərdə artıq bu işin bitməsi haqda fikir formalaşdırılsın.

Rayon icra başçısı Tofiq İbrahimovun sözün bütün mənalarında sağ əli olan Cavid Osmanovun mandat yolunda bütün maneələri dəf edilir. DSK-nın üzvlərinə, eləcədə məntəqə seçki komisiyalarının üzvlərinə verilən tapşıqıqlar isə ciddi tapşırıqlar verilib: seçki zamanı karuselə göz yumulacaq, "seçicilərin” aktiv iştirakına şərait yaradılacaq. Kənd icra nümayəndələri və bələdiyyə sədrlərinə isə yerlərdə Cavid Osmanovun piarını aparmaq tapşırılıb.

Mənbənin bildirdiyinə görə, məntəqə sədrlərinə neqativ hal yaşanarsa, həmin adam vəzifəsindən kənarlaşdırılacağı xəbərdarlığı edilib. Bilgiyə görə, Cavid Osmanovun adı çəkilən dairədə rəqibi, Ümüd Partiyasının sədri İqbal Ağazadədir. Seçki demokratik keçirilərsə, partiya sədrinin qələbə qazanacağı şübhəsizdir. Çünki Ağdaş sahibkarları rayon icra başçısının 1-ci müavini Cavid Osmanovun fəaliyyətindən qətiyyən razı deyil. Sahibkarlar iddia edir ki, Osmanov vəzifəyə gəldiyi gündən bütün obyektlərə haqq qoyub, rayonun əsas infrastrukturunu və gəlirli yerlərini əlində cəmləşdirib.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, C.Osmanov seçkilərə sayılı günlər qalmış öncə rayon sahibkarlarının dəstəyini almaq üçün ciddi vədlər verib. O, qalib gələcəyi təqdirdə sahibkarların sərbəst şəkildə fəaliyyət göstərəcəyini deyib. Lakin sahibkarlar başçı müavininə inanmır. Çünki uzun illər sahibkarların qzandığını əlindən alan bir məmurun bu vədləri gerçək ola bilməz.Rayon sakinlərinin sosial durumu da acınacaqlıdır.

Şəhərin mərkəzində Heydər Əliyev prospektində, 20 yanvar və M. Ə.Rəsulzadə küçələrində yaşayan sakinlər kranlarını açarkən su əvəzinə bulanıq, palçıqlı məhlulla qarşılaşaraq yaşamağa məhkum ediliblər.
Sakinlərin dediklərinə görə vaxtilə bu binaların su təchizatında hər hansı problem yoxmuş. Amma son dönəmlər binaların suyu birbaşa - su təmizləmə qurğularından keçmədən Türyançaydan evlərə çatdırılır. Maraqlı budur ki, dövlət büdcəsindən təmizləmə qurğularına ayrılan külli miqdarda pul kim tərəfindən mənimsənilir?

Sakinlər krandan daxil olan "suyu" durulmağa qoysalar da, müxtəlif su durulduculardan istifadə etsələr də sonucda çirkli sudan istifadə etməkdən yan keçə bilmirlər. Mövcud durumda sakinlərə ciddi maddi ziyanların dəyməsilə yanaşı (su çənləri çürüyür, si qızdırıcı sistemleri korlanır), onların sağlamlıqları üçün də təhlükələr ortaya cıxıb. M.Ə.Rəsulzadə küçəsindəki N saylı binada sakin olan bir tibb işçisinin dediyinə görə hətta son zamanlar rayon xəstəxanasındakı çoxlu sayda əməliyyatlar məhz çirkli su problemindən ortaya çıxan öd kisəsi cərrahiyyələri olub.

Musavat.com-un məlumatına görə, rayonda məsələrlərlə bağlı icra başçısının 1-ci müavini Cavid Osmanov məsuliyyət daşıyır. Amma neçə illərdir problemin həllinə etinasız yanaşan Cavid Osmanov son zamanlar mandat sevdasına düşdüyü halda belə əhalinin durumunu görməzdən gəlir. Etiraz ya şikayət edənə qarşı isə öz "qoçu dəstəsini" işə salır. Əhaliyə palçıqlı su içdirən Cavid Osmanovun qanunsuz əməllərinə, Ağdaşı özünün şəxsi mülkiyyəti kimi idarə etməsinə "dur" deyən olacaqmı?

Qarşı tərəfi dinləməyə hazırıq.

// Aktual.az

Xəbər 4481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR