Sahibkarlara 146 milyon manat güzəştli kredit verildi

Sahibkarlara 146 milyon manat güzəştli kredit verildi

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, verilmiş kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, son illər SKMF tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir.

Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək. Bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 milyon manat kredit resursu təmin olunacaq.
 
Aktual.az
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR