Sentyabrın 15-dən uşaqların məktəbdə fəaliyyəti ilə bağlı valideynlərin SMS vasitəsilə məlumatlandırılması xidməti bərpa ediləcək.
Aktual.az bildirir ki, bunu Trend-ə layihəyə yaxın mənbə deyib.
SMS-məlumatlandırma servisi yay tətili ilə əlaqədar dayandırılmışdı.
Xidmət şagirdin müvəffəqiyyəti barədə qısa mesajın valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.