Şagirdi zorladığı iddia edilən direktorun arvadı evdən getdi

Şagirdi zorladığı iddia edilən direktorun arvadı evdən getdi

Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı atasının evinə qayıdıb.

Aktual.az  bildirir ki, kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a deyib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib:

"O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib".

C.Tofiqlinin evliliyindən bir oğlu, bir qızı var. Uşaqlar 5-6 yaşlarındadır.
 
Aktual.az
Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR