Bakının Sabunçu rayonunda iki nəfər intihar edib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Balaxanı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov və Ramana qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadıqları ünvanlarda özlərini asıblar.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.