Sabunçuda biabırçı olay – “3500 gətir, evini tik” (VİDEO)

Sabunçuda biabırçı olay   – “3500 gətir, evini tik” (VİDEO)

Bu gün səhər Bakının Ramanı qəsəbəsində Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə yerli sakinlər arasında insident yaşanıb.

Qəsəbə sakinlərindən ev tikintisi üçün rüşvət tələb edən məmurlara cavab olaraq sakinlər əsəblərinin tarıma çəkildiyini, lazım gələrsə müvafiq qurumlara müraciət edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə yayılan videoada İcra Hakimiyyəti nümayəndələrinin sakinlərdən pul tələb etdiyinə dair məqamlar əksini tapıb: ““3500 gətir, evini tik”.

Xatırladaq ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin “biznes imperiyası” olduğuna dair dəfələrlə mətbuatda informasiyalar gedib. İddialara görə, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobillərini ölkəyə məhz icra başçısına məxsus şirkət idxal edir.

Oxucuların marağını nəzərə alaraq, videonu təqdim edirik:

Xəbər 20005 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR