Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.
"Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabunçu rayon Maştağa qəsəbəsi Mehti Hüseynzadə küçəsi sakini, Hüseynov Ülfət Vidadi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sağ döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.
Ü. Hüseynovun hansı səbədən bıçaqlanması barədə dəqiq məlumat yoxdur. Hadisə ilə bağli polisə məlumat verilib, araşdırma aparılır.
Xəbər 498 dəfə oxunub.