Bu gün axşam saatlarında Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
Minik avtomobilinin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini İbrahimova Mehriban Oqtay qızı xəsarət alaraq Şabran Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az