Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın xəbərinə görə, 10 nəfər – Əfiqə İbrahimova, Məhəbbət İbrahimova, İlahə İbrahimova, Elşən Quliyev, Samirə Quliyeva, Təranə Quliyeva (14 yaş), Nazilə Əsədullayeva (12 yaş), Təranə Salayeva, Səbinə Əhmədova və Saatxanım Məmmədova qida zəhərlənməsi diaqnozu Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər.
Daxil olan məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları zəhərlənən şəxslərə baş çəkiblər, zərərçəkənlərin izahatı alınıb, müvafiq ekspertiza təyin edilib, zəruri olan digər araşdırma hərəkətləri yerinə yetirilib.
Faktla rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırmalar davam etdirilir.
Xəbər 392 dəfə oxunub.