Şabran rayonunda intihar hadisəsi baş verib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xırdaoymaq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Pəri Nəbi qızı özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Xatırladaq ki, P.Əliyeva 3 uşaq anası olub.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 602 dəfə oxunub.