Şabran rayon sakini Rövşən Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən xəbərə görə, iyulun 15-də Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən və iyulun 16-da orada ölmüş şəxsin Şabran rayon sakini R. Əyyubov olması müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elgiz Cəfərli, Elfan Əliyev və Tərtər rayon sakini İsmayıl İmanverdiyev tutulublar.