Azərbaycanın ilk kameramanlarından olan Mahir Hüseynbəylinin mərhum qanuni oğru Sabirabadlı Hikmətlə aralarında olan söhbətin videosunu Feysbuk hesabında yayımlaması diqqət çəkib.
Mahir Hüseynbəyli videoda söhbətin nədən getdiyini açıqlayıb.
Mahir Hüseynbəyli öncəHikmətin yüksək fəlsəfi fikirlərə sahib olduğunu diqqətə çatdırıb:
"Onunla söhbətimizdə insan əqidəsinin düzgünlüyündən, həyatda yaşamağın mənası və əsası məqsədindən danışdıq. Hikmət Azərbaycanı çox sevirdi. Vətənpərvər insan idi və bunu söhbət zamanı da gördüm. Hikmət Azərbaycan incəsənəti və mədəniyyəti ilə bağlı böyük məlumata malik idi. Tariximizi çox yaxşı bilirdi. Hikmət elmə və oxumağa çox üstünlük verirdi. Özü də dünya ədəbiyyatını oxuyurdu”.
M.Hüseynbəylisonradan aralarında səmimi ünsiyyətin yarandığını bildirib:
"Mən foyede oturmuşdum, ofsiant gəldi ki, sizi Hikmət çağırır və girdim içəri. Dedi ki, Mahir, məni maşınacan yola sal. Ayrılanda dedi ki, sabah vaxtın varsa, səni qonaq cağırıram əyləncə mərkəzinə. Onunla sabahısı saat 16:00-da görüşdük. Xeyli söhbətlərimiz oldu. Ona arxivimdən kaset hədiyyə etdim. Təşəkkür etdikdən sonra mənim fikirlərlərimin xoşuna gəldiyini söylədi”.
Aktual.az