Sabirabadda yeniyetmənin meyiti Kür çayından çıxarıldı

Sabirabadda yeniyetmənin meyiti Kür çayından çıxarıldı

Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb. 

Bu barədə Aktual.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR