Sabirabadda qadını döyərək zorlayanlar həbs edildi (RƏSMİ/VİDEO)

Sabirabadda qadını döyərək zorlayanlar həbs edildi (RƏSMİ/VİDEO)

Sabirabad rayonunda 12 yaşlı uşaq anasını evdə tək olarkən döyərək zorlayan iki nəfər həbs edilib.

Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, 12 iyun 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü N.M-ovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı  Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

***

Qeyd edək ki, dünən "Qafqazinfo"da bu hadisə ilə bağlı ilkin məlumat yayılmışdı.

Rayon sakini N.M-ova polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

"Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, "sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: "Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

***

Qadın İctimai TV-yə açıqlamasında qeyd edib ki, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra evinə basqın edənlərin valideynləri ona təzyiq göstərməyə çalışıblar:

"Evimə gələrək, şikayət etməməyim üçün təzyiq göstərirlər. Anaları gəlmişdi yanıma. Mənə pul təklif etdilər. Dedilər, sənə pul, torpaq, ev verəcəyik. Hamısını qapıdan qovdum. Mənə hədə-qorxu gəlirlər. Qorxu içində yaşayıram ki, bir də evimə basqın edər, mənə təcavüz edərlər”.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR