Sabirabad rayon sakininin həyətində çətənə kolları, evində isə marixuana aşkar edilib.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini, əvvəllər məhkum olunan Ələkbər Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 5 ədəd çətənə kolu, evindən isə 61,023 qram marixuana aşkar edilərək götürülüb.