Sabirabadda ər arvadını, sonra özünü güllələdi

Sabirabadda ər arvadını, sonra özünü güllələdi

Sabirabad rayonunda ər arvadını güllələyib. 

Aktual.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib. Daha sonra A.Alışov həmin tüfənglə özünə də xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon prokuroroluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 
Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR