Sabirabadda bankomatdan pul oğrulayan şəxs yaxalanıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon sakini Anar Əsgərovun hesabından “Kapital bank”ın bankomatından istifadə edilərək, 361 manat götürülüb.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunu həyata keçirən Nicat Əliyev həbs edilib.