Sabirabad rayonunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb.
"Report”un Aran bürosu xəbər verir ki, hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.
Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub.
İlkin məlumata görə, "KİA” və "QAZ-24” markalı avtomobillər toqquşub. Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 424 dəfə oxunub.