Sabirabad rayonunun Muğan Gəncəli kəndində mal-qara saxlanılan fermaların birində 33 yaşlı kənd sakini Cəbrayılov Ruslan Əlizamin oğlunu otlaq sahəsində çöl pişiyi dişləyib.
Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, vəhşi heyvan Ruslanı baldır nahiyəsindən dişləyib.
Salyan Mərkəzi Rayon Xəstəxanasına müraciət etmiş Ruslan Cəbrayılova quduzluq əleyhinə zərdab vurulduqdan sonra o, evə buraxılıb.
Xəbər 744 dəfə oxunub.