"Qarabağ" Azərbaycan komandaları arasında yeganə komandadır ki,bütün Azərbaycanlıları ətrafında toplaya bilir. Hansı komandaya azarkeşlik etməsindən asılı olmayaraq "Qarabağ"da hamı bir araya gəlir.Amerikalı jurnalist, dostumuz Tomas Qoltsun "Qarabağ"la bağlı sənədli filmi üçün çıxışımda da bunları söylədim.
Millət vəkili Qənirə Paşayev facebook statusunda belə bildirib:
"Azərbaycan Milli Komandası, hətta deyərdim ondan da daha həssas münasibət var insanlarımız arasında "Qarabağ"a qarşı. Tomasın xarici ölkələrdə nümayiş olunan filmi üçün səbəblərdən də geniş danışdıq. "Qarabağ" mənim də sevimlimdir. Onun hər zaman uğurlarına sevinir və hər zaman sevgimizlə, dəstəyimizlə yanındayıq. Bu gün mənim üçün böyük bir şərəf oldu ki, klubun yönəticiləri mənə "Qarabağ"ın geyimini hədiyyə etdilər. Həm də sevimli rəqəmin "7" ilə.Bu həyatımda aldığım ən gözəl hədiyyələrdəndir və ömrüm boyunca qorumağa çalışacam."Qarabağ"-"Bakı" oynunu da izlədik. Dəyərli jurnalist dostumuz,"Qarabağ"ın ən böyük azarkeşlərindən və dəstəkçilərindən biri Şakir Eminbəylinin hazırladığı sənədli film,programda da çıxış etdik və azarkeşlərimizi komandalarımıza dəstək üçün meydançalara dəvət etdik. Futbol oyununda qələbədə azarkeşlərin meydançalardakı dəstəyi və sevgisi komandaya hər zaman müsbət təsir edir və qələbəyə böyük stimul verir. Futboldan və azarkeşlərlə iş, onlara münasibətdən də danışdıq. Uşaqlığımdan azarkeşi olduğun futboldan bildiyim qədər sualları cavabladım. Şakir bəyə təşəkkürlər. "Qarabağ", "Bakı" klubumuzun təmsilçiləri ilə gözəl fikir mübadiləsi də apardıq. Mehriban qarşılanma, münasibət, gözəl söhbət üçün onlara təşəkkür edirəm. Ən böyük arzularımdan birini "Qarabağ"a diləyərək ayrıldım görüşdən. İnşallah bir gün "Qarabağ" Ali Baş Komandanın rəhbərli ilə işğaldan azad edəcəyimiz və yenidən quracağımız gözəl Dağlıq Qarabağda da oyunlar keçirsin və mən də bu gözəl hədiyyə ilə onminlərlə azarkeş arasında onun oyununu və qələbələrini izləyim. Uğurlar, əziz "Qarabağ"! Bu günə qədər olduğu kimi bundan sonra da hər zaman yanındayıq. Fərqi yoxdur bir haradanıq və harada yaşayırıq. Azərbaycanın daxilində və xaricində yaşayan bütün azərbaycanlılar hər zaman yanındadır!"