Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədri seçiliblər.
DAK-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.
Eyni zamanda Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal DAK Məşvərət Məclisinin sədri seçilib.