Sabiq polis işçisi həbs edildi

Sabiq polis işçisi həbs edildi

Xaçmaz Rayon Polis Şöbəsinin sabiq vəzifəli şəxsi saxlanılıb.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.

T.Qurbanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O uzun müddət Xaçmaz RPŞ-nın İstintaq İdarəsinin Bölmə rəisi vəzifəsində işləyib.

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR