Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gömrük Komitəsinin qaçaqmalçılıq və digər cinayətlərdə təqsirləndirilən sabiq əməkdaşlarından ibarət dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Türkmənistan vətəndaşı olan Aman Muhamməd BaylIyev məhkəmə zalından azadlığa buraxılıb. O, 1 il sınaq müddəti təyin edilməklə 6 il şərti cəzaya məhkum edilib. Gömrük Komitəsinin sabiq əməkdaşı Neman Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan keçmiş komitə əməkdaşları Adil Kazımov və Muxtar Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Komitənin sabiq əməkdaşı Aytəkin Tağıyeva və Ziyafət Qurbanov isə şərti cəzaya məhkum ediliblər. Məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, beşi- Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanov isə Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarıdır. Onlardan yalnız A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli bilinirlər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.
Aktual.az
Xəbər 498 dəfə oxunub.